Ofis Ziyarəti “BMY Caspian” – 15.12.2021

Sahibkarlarla birlikdə inşaat sahəsində fəaliyyət göstərən partnyorumuz “BMY Caspian” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra “BMY Caspian” şirkətinin həmtəsisçisi Mehman bəy fəaliyyətləri və icra etdikləri layihələr haqqında ətraflı məlumat verdi. Mehman bəy inşaat sektorunun müxtəlif sahələrində fəaliyyət göstərdiklərini qeyd etdi. Belə ki, şirkət hidroizolyasiya, istilik izolyasiyası, akustika (səs) izolyasiyası, bütün növ binaların daxili interyer və xarici dekorativ işləri və s. işləri həyata keçirir. Başda Mehman bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

BMY Caspian
Abşeron Logistika Mərkəzi
Prestij Kimya
Sabiroğlu
FFF+N
KİRS Construction
Fleetstock