Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 03.11.2021

Bu gün Marsol Business Club-da partnyorumuz “Green Wood” şirkətinin təqdimatı ilə “Dəyirmi masa və B2B” görüşümüz baş tutdu. İlk növbədə şirkət rəhbərləri bir-birlərilə tanış oldu və biznesləri haqqında məlumat verdilər. Daha sonra “Green Wood” şirkətinin rəhbəri Fuad bəy fəaliyyətləri haqqında məlumat verdi və birlikdə şirkətin təqdimat videosunu izlədik. Fuad bəy sonda MARSOL partnyorlarına xüsusi endirimləri olduğunu da vurğuladı.
Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “KOBİA” Analitika və kooperasiya şöbəsinin mütəxəssisi Həmid bəy qonağımız oldu və müəyyən mövzularda müzakirələr edildi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
KOBİA
Sociallab
İstanbul liseyi
Kababçı restoranı
Sr Broker
Tayqa Tech
Fedex
Greenwood
Smart Energy