Pak Xalça 2005-ci ildən etibarən xalça və digər tekstil məmulatlarının professional təmizliyi sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Fəaliyyətinə məhz xalça yuma xidməti ilə başlayan Pak Xalça, ölkəmizdə bu sahədə avtomatlaşdırılmış yuma sistemlərinə keçidi təşviq edən ilk şirkətlərdən biri olmuşdur. Əl ilə, məişət şəraitində yuma ənənəsindən uzaqlaşaraq, müasir texnologiyalara əsaslanan təmizləmə xidmətlərini tətbiq etməklə sektorda yenilikçi mövqe qazanmışıq.
Bu gün Pak Xalça Bakı və Sumqayıt şəhərlərində xidmət göstərməklə yanaşı, geniş xidmət spektri ilə də fərqlənir. Xalça yuma, pərdə yuma, yumşaq mebel təmizliyi, eləcə də yorğan, döşək, odeyal, pled, yastıq və yun yuyulması xidmətlərimizlə müştərilərimizin rahatlığını və məmnuniyyətini əsas prioritetimiz sayırıq.
20 illik təcrübəmiz, peşəkar komandamız və müasir avadanlıqlarımızla təmizliyə yeni baxış gətiririk.
Pak Xalça – Professional Təmizlik!
Ünvan: Xətai R. Mingəçevir küç 40.
Telefon: +994 12 555 10 10 \ +994 12 555 12 12
Mobil: +994 50 494 66 66 \ +994 55 494 66 66 \ +994 70 494 66 66
web: Pakxalca.az
e-mail: [email protected]
Facebook : Pak Xalça
İnstagram: pak_xalca

