Onlayn Görüş – Global Innovations

15 yanvar tarixində partnyorlarımızın iştirakı ilə, növbəti onlayn görüşümüz baş tutdu. İştirak edən şirkət rəhbərləri öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış oldular. Bu dəfəki vebinarımızın xüsusi təqdimatı, texnoloji həllər, biznes proseslərin optimallaşdırılması sistemləri, elektron ticarətin tətbiqi və nağdsız ödənişlər sahəsində xidmətlər təqdim edən “Global İnnovations” şirkətinə məxsus oldu. Şirkətin rəhbəri Zeynal bəy xidmətləri haqqında ətraflı məlumat verərək, partnyorlarımızın xüsusi təkliflərdən yararlana biləcəyini vurğuladı. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq!