Bu gün partnyorumuz “ADDA Project” şirkətinin təqdimatı ilə növbəti onlayn görüşümüz baş tutdu. Şirkətin icraçı direktoru Nigar xanım fəaliyyətləri və xidmətləri haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da öz növbəsində bir-birləri ilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər. Sonda isə Nigar xanım “MARSOL” partnyorlarına endirimləri olacağını vurğuladı. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

“ADDA Project” fərdi yaşayış evləri, mənzillər və ictimai obyektlərin memarlıq və dizayn, tikinti və təmir işlərini həyata keçirir.