5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” ilə bağlı görüş – 22.05.2024

5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüşlərimiz davam edir…

Mayın 22-si təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə sərgi iştirakçısı olan qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarların təqdimatı baş tutub, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, sərgi üzrə vacib texniki məsələlər və şərtlər müzakirə edilib, sahibkarların sualları cavablandırılıb.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

Qeyd edək ki, 200-ə yaxın yerli şirkətin iştirakı ilə 24-26 iyun tarixlərində baş tutacaq sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

İştirak edən şirkətlər:

Kovrolin.az
Shams Group
Qanun Mühasibatlıq
Promoline
Express Logistics
Sis Collection
Foto Xalça
Əminlər Group
Muradlı-M
Macis Consulting
Token
Estet
D-İT
Sarvagelli
Unicons
Lassa
Rattan Bağ Mebelləri
Laser Services
Box İndustries
N-Advert
Hidsab
NB Group
One Amz
Kapakçı
Ulduz Şokolad Fabriki
Global Management
Arter
Elegant-S
İdea Consulting
Pan Coffee
Sleep and Bed
EGT Express
Garant Company
VİP Doors
As Avtomatika