Mayın 22-si Marsol Region və Marsol Group partnyorları ilə birgə biznes əlaqələri genişləndirmək məqsədilə onlayn görüş çərçivəsində bir araya gəldik.

B2B mühitdə tanışlıqla davam edən görüşə dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva da qatıldı. O, iştirakçılara fondun fəaliyyət istiqaməti və regionlar üzrə biznes layihələri haqqında məlumat verdi.

Görüşün davamında ölkənin önəmli dövlət və biznes qurumlarına müxtəlif ölçülü IT həllərin qurulması və proqram təminatının hazırlanması xidmətləri göstərən partnyorumuz “Agile Solutions”ın rəhbəri İlqar Əlizadənin təqdimatı oldu.

This will close in 0 seconds