5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüşlərimiz davam edir…
Mayın 23-ü “İşgüzar Səhər Yeməyi”ndə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə sərgidə öz stendi ilə təmsil olunacaq yerli şirkələrlə tanışlıq olub. Görüşdə iştirakçıların fəaliyyətləri ilə bağlı təqdimatlar və həmin sahələrə dair müzakirələr baş tutub.
Bununla yanaşı, sərgi üzrə vacib texniki məsələlər və şərtlər müzakirə edilib, sahibkarların sualları cavablandırılıb.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.
Qeyd edək ki, 200-ə yaxın yerli şirkətin iştirakı ilə 24-26 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
iştirak edən şirkətlər:
Silo Construction
Texno Gallery
Beynəlxalq Təhsil Mərkəzi
Apply Uni
Concrete Bureau
BF Group
Tayqatech
Antik Group
Delixi Elektrik
Thermoplast
Thermoplast
Car Club
Piramida Reklam
Logitrans
Zamex
One Smart Star
Meslehetci.az
İnmotion Trading
Dekoriza
Sahara Elektronics
N-Advert
Heritus
Novator
Bestsol
Ozzo
Caspos Holding
Gültekin Logistics
Financial
İnfotransplus
Slavyanka
Azizi
Printech Paper
Göyçay Süd
Nur Collection
Meridian Watch