26 oktyabr tarixində 2022-2023 Marsol Group sponsorları, partnyorlar və dövlət rəsmilərinin iştirakı ilə “Prive Steak Gallery” restoranında “Axşam Ziyafəti” baş tutub. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev, Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev və “Kapital Bank”ın idarə heyətinin üzvü Fərid Hidayətzadə iştirak edib iştirakçılar arasında B2B və B2G formatında faydalı nitq və müzakirələr aparılıb.
Görüş zamanı Marsol Group-un mövcud layihələri haqqında məlumat verilib, gələcək planlar və biznes çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bununla yanaşı, “Moon Group” şirkətinin təqdimatı baş tutub. Şirkətin rəhbəri Ruslan Quliyev təqdimat çərçivəsində şirkətin fəaliyyət istiqamətləri, mətbəə, promo, reklam məhsullarını tanıdıb. Həmçinin, şirkətin fəaliyyətini əks etdirən video çarx izlənilib.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!