28 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın təşkilatçılığı, Global Logistics Services-in baş sponsorluğu, Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu, Sahibkarlığın İnkişafı Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə şirkətlər arasında “2-ci Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti Sədrinin müavini Samir Hümbətov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti Sədrinin müavini Eldar Həmidov, Marsol Group-un təsisçisi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və qarşıdan gələn “Zəfər” bayramı münasibətilə hər kəsi təbrik ediblər.

Növbəti çıxış üçün söz tədbirin baş sponsoru Global Logistics Services şirkətinin rəhbəri Əbülfəz Allahverdiyevə verilib. Əbülfəz bəy şirkətin fəaliyyəti haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb. Ardınca şirkətin təqdimat videosu izlənilib. Daha sonra tədbirin sponsoru Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli çıxış edərək fəaliyyətləri haqqında ətraflı məlumat verib. O da öz növbəsində bütün iştirakçılara uğurlar arzulayıb.

Marsol Group partnyoru olan 23 şirkətin təmsil olunduğu yarışmada ümumilikdə 138 şirkət nümayəndəsi iştirak edib. Gərgin keçən yarışmanın yekununda Kapital Bankın komandası “2-ci MARSOL ZƏFƏR KUBOKU” nun sahibi olub. ROOF Academic Training şirkətinin ROOF komandası 2 – ci, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin eyniadlı komandası isə 3 – cü yerin sahibi olublar. Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunub.

Onu da qeyd edək ki, “İntellektual yarışın” könüllü dəstəyi “İCMA Könüllüləri” və Marsol Development Center tərəfindən təşkil olunub.

This will close in 0 seconds