“MARSOL Mini Futbol Turniri 2023”ün püşk atma mərasimi baş tutub

28 oktyabr tarixində QOLAT Sport Services-in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın tərəfdaşlığı və “ERZ” ofis mebeli şirkətinin baş sponsorluğu ilə təşkil olunan “MARSOL Mini Futbol Turniri 2023”ün püşk atma mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti Sədrinin müavini Samir Hümbətov, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, “ERZ” ofis mebeli şirkətinin direktor müavini Nihad Mahmudlu iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra çıxış üçün söz turnirin sponsoru olan “Ayfa Group”un təsisçi direktoru Vahid Hüseynova, “Laser Services”in təsisçisi Elvin Musayevə və “Modern Hospital”ın icraçı direktoru Ravil Tağıyevə verilib. Onlar da öz növbəsində şirkətlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib bütün iştirakçılara uğurlar arzulayıblar.

Tədbirin davamında QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək bu ilki turnirdə olacaq yeniliklər, şərtlər və qaydalar haqqında ətraflı məlumat verib, qruplar müəyyən edilib ən sonda isə komanda nümayəndələrinin iştirakı ilə əyləncəli yarış təşkil olunub.

Onu da qeyd edək ki, 5 noyabr tarixində start götürəcək turnirdə 32 komanda iştirak edəcək. Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaq.

İştirak edən hər kəsə uğurlar arzulayırıq! Güclü olan qalib gəlsin!

Çap və promo tərəfdaş: Moon Group