14 sentyabr tarixində partnyorumuz “Vəlioğlu 2018” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Zaur bəy, bizə fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verdi. Daha sonra “Vəlioğlu 2018” şirkəti üçün hazırlanmış ipək tərkibli foto xalçanı şirkətin rəhbəri Zaur bəyə təqdim etdik. Sonda isə, Zaur bəy partyorlarımız üçün hazırlanmış hədiyyələri təqdim etdi. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.