Business Breakfast “MARSOL Business Club” – 29.07.2021

Bugün “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə növbəti “Business Breakfast” görüşümüzü təşkil etdik. Ofisimizdə qonaq olan partnyorlarımıza klubun mahiyyəti və klub daxili xidmətlər haqqında məlumat verdik. Partnyorumuz “Arbitro” şirkətinin təqdimatı ilə baş tutan görüşdə, iştirak edən şirkət rəhbərləri də öz biznesləri haqqında məlumat vermiş və yaxından tanış olmuşdur. Görüş sonunda partnyorumuz «Formag-Baku» şirkətinin rəhbəri İlkin bəy və qonağımız “Yigim.az”ın rəhbəri Vüqar bəy bugünkü görüşlə bağlı öz təəssüratlarını bizimlə bölüşdülər.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Formag Baku

Arbitro

Xalq Həyat

PM Akademiya

SİKA Azerbaijan

Fire Universal

Newcond

Azəratribut