Marsol Group, mayın 21-i MTV Azərbaycan kanalının “Yeni Səhər” verilişində qonaq olub.
Bildiyiniz kimi, işgüzar əlaqələrin genişlənməsinə yönəlmiş fəaliyyətləri ilə ölkə iqtisadiyyatına töhfələr verən Marsol Group tərəfindən 24-26 iyun tarixlərində 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” təşkil olunacaq.
Məhz bu mövzu ilə bağlı Marsol Group-un direktoru Bilal Qasımlının “Yeni Səhər” verilişində çıxışı olub. Sərgi ilə bağlı ümumi məlumatlara və sərginin əsas əhəmiyyətinə əsaslanan sual-cavab formatında müzakirələr olub.