XALÇA Restoranı – Axşam Ziyafəti

25 sentyabr tarixində sahibkarlarla birlikdə, Mərdəkanda yerləşən, partnyorumuz XALÇA restoranında qonaq olduq. Əvvəlcə valehedici ab-havası olan restoranla yaxından tanış olduq, sonra isə, partnyorlarımızla birlikdə ləziz təamlardan daddıq və yüksək səviyyəli xidmətə görə öz məmnunluğumuzu bildirdik. Daha sonra, çay süfrəsində səmimi müzakirələr və maraqlı söhbətlər baş tutdu. Təşkil etdikləri axşam ziyafətinə, və bizi dəvət etdiklərinə görə, restoranın rəhbəri Fəxrəddin bəyə və işçi heyətinə təşəkkürümüzü bildirir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.