Technol – Əməkdaşlıq görüşü

“Technol” şirkətinin həmtəsisçisi Elvin bəylə əməkdaşlıq çərçivəsində görüşümüz baş tutdu. Xatırladaq ki, “Technol” şirkəti təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisində öz stendi ilə iştirak etmişdir.

Technol, Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısıdır.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.