2016-cı ildən fəaliyyətə başlayan “Techmaster” MMC-nin əsas fəaliyyət sahəsi müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərinin həyata keçirilməsi, elektron mühəndis avadanlıqlarının təchizatı və mütəmadi texniki qulluğundan ibarətdir.  Fəaliyyət dövrü ərzində şirkət,  şəhər nəqliyyatı infrastukturu üzrə xüsusən ixtisaslaşmış və Bakı şəhəri üzrə bir neçə iri layihəni uğurla tamamlamışdır.

Ayrıca “Techmaster” MMC 2020 ci ildə yerli bazarda yenilik olan dekorativ yaşıl hasarların istehsalına başlamışdır. Məhsul qısa müddət ərzində bazarın marağını qazanmış və uğurlu satış dinamikası nümayiş etdirmişdir.

2020-ci ldə İSO 9001 idarəetmə sertifikasiya prosesini uğurla keçmiş Techmaster komandası təklif etdiyi məhsul və xidmətlərin yaxın gələcəkdə sayının və keyfiyyətinin artırılması məqsədi ilə bir nəçə layihə üzərində işləri aktiv davam etdirir. Daxili və xarici müştəri məmnuniyyəti, şəffaflıq, innovativ metod və texnologiyalardan istifadə kimi strateji dəyərləri rəhbər tutan “Techmaster” MMC fəaliyyət sahəsi üzrə ölkənin ən öndə gedən şirkəti olmağı özünə hədəf qoymuşdur.

Ünvan: Heydər Əliyev pr.115,187C Caspian Sport Plaza

Mobil: +99 77 225 11 86 / +994 77 225 11 77

web: www.techmaster.aris.az  

e-mail: [email protected]

İnstagram: www.instagram.com/yasilhasar.az/

Facebook: www.facebook.com/TechmasterYH