Sosial fəaliyyət (Naxçıvan) Mafia – 03.12.2025

3 dekabr tarixində Marsol Group partnyorları Naxçıvan səfəri çərçivəsində keçirilən axşam ziyafəti və “Mafia” oyununda iştirak edərək bir araya gəldilər.

Təşkil edilən axşam ziyafətində iştirakçılar üçün öz fəaliyyətləri haqqında danışmaq, biznes təcrübələrini bölüşmək və səmimi mühitdə yeni əlaqələr qurmaq imkanı yarandı.

Müxtəlif sahələrdən olan sahibkarlar qarşılıqlı müzakirələr apararaq əməkdaşlıq perspektivlərini qiymətləndirdilər. Ardınca isə asudə vaxtlarını “Mafia” oyunu ilə dəyərləndirdilər.