24 sentyabr Marsol Business Club-da sosial fəaliyyətlərimizdən olan mafia oyunu və axşam ziyafəti baş tutdu. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar oldu və sahibkarlıq fəaliyyətləri haqqında geniş məlumat verdilər. Sonda isə Marsol partnyorlarına xüsusi endirimlərin də olduğunu qeyd etdilər.
Partnyorlarımız şirkətlərinin təqdimatını etdikdən sonra Mafia oynadılar. İlk dəfə iştirak edən iştirakçılar olmağına baxmayaraq maraqlı stratejik gedişatlar edərək oyunu daha da maraqlı etdilər.


İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –
Marsol MMC
Grow Audit
İşartı
Express Services Logistics
Smart Energy
BakuMart
Hafele
Qaranti Group
Mood Consept