Sosial Fəaliyyət (Mafia) – 21.10.2021

21 oktyabr Marsol Business Club-da Partnyorlarımızın asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə gərçəkləşdirilən sosial fəaliyyətlərimizdən olan mafia oyunu və axşam ziyafəti növbəti dəfə baş tutdu. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar oldu və sahibkarlıq fəaliyyətləri haqqında geniş məlumat verdilər. Tərəfdaşlarımız axşam ziyafəti zamanı yalnız oyun deyil, oyun zamanı reallaşan stratejik addımlardan belə şirkətlərinin idarəçilik prinsiplərində istifadə etdiklərini deyərək bizə daha stimul verdilər. Biz Marsol olaraq hər zaman partnyorlarımıza digər şirkətlərlə dostluq və biznes münasibətləri qurulmasında dəstək olmağa hər zaman hazırıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər :

Marsol MMC
İnes Precast
SG Logistics
Atmosphere lounge
Sabiroğlu MMC
Aqua Style
Zerif jewellery
Texnogallery
Kamiloğlu Mebel