Sınaq Sürüşü “Dayun” – 03.05.2025

Premium “Dayun” avtomobilləri ilə tanışlıq və sınaq sürüşü baş tutub.

Mayın 3-də “Şərq Motors” tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Dayun” avtomobillərinin sınaq sürüşündə iştirakçılar “Rehigh H8”, “Rehigh Y6”, “Yuehu” modellərini sınaqdan keçiriblər.

Tədbir zamanı texnologiya və komfortu bir araya gətirən elektrikli “Dayun” avtomobillərinin performansı haqqında fikir mübadiləsi aparılıb, üstünlükləri haqqında ətraflı məlumat verilib. İştirakçılar yüksək keyfiyyət, rahatlıq və innovativ xüsusiyyətlərdən məmnun qaldıqlarını bildiriblər.

Tədbirin təşkilinə görə “Şərq Motors”a təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds