Sahibkarlığın İnkişafı Fondu və “Marsol Group” arasında anlaşma memorandumu imzalanıb.

 İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və Marsol Group arasında sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı görüş keçirilib. Görüşdə SİF-in güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində işgüzar əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində müzakirə edilən sahibkarlığa dəstək  istiqamətləri üzrə SİF və Marsol Group arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

This will close in 0 seconds