“Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri” mövzusunda görüş keçirilib.

Bu gün “Arion Hotel”də sahibkarlarla “sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri” mövzusunda görüş keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin sənaye şöbəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafına Dəstək Fondu, və Marsol partnyorlarından ibarət şirkətlər iştirak edib. Görüş qurum nümayəndələrinin iştirakı və Marsol MMC-nin təsisçisi Tural Mustafayevin moderatorluğu ilə baş tutub. Tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.