Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Bu gün “Arion” hoteldə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğu, Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi Sənaye şöbəsi və İqtisadiyyat Nazirliyinin nəzdində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri və sənaye sahəsində fəaliyyət göstərən MARSOL partnyoru sahibkarların iştirakı ilə baş tutub. Görüş müvafiq qurumların nümayəndələrinin iştirakı və Marsol MMC-nin təsisçisi Tural Mustafayevin moderatorluğu ilə davam edib. Tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, ölkədə fəaliyyət göstərən sənaye zonaları və investorlar üçün yaradılan əlverişli biznes mühitindən bəhs edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər – 

VMR Tekstil
Rasmar
Unilegal
Eurodoor
Vien Group
Fotoxalça
Ak Piping
Fleetstok
Kirs Constraction
Enerji-N
Kovrolin.az
BMY Caspian
Profsolution
İst Servis
BSC
Sabiroğlu
BF Group
Greenmed
Flame Texnology
Grow Audit
Saloni
Həkim Baba Klinikası
Azestetik
Logitrans
Sarr logistica
FFF+N