Rəqabət Məcəlləsinin biznes mühitinə təsiri müzakirə edilib – 27.05.2024

Mayın 27-si “Bakı KOB evi”ndə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə baş tutan tədbirdə Marsol Group partnyorları da iştirak edib.

Tədbir çərçivəsində məqsədəuyğun olaraq bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi, rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə sahibkarlar məlumatlanıb, onların sualları cavablandırılıb.

This will close in 0 seconds