Quba Turu Yekunlaşdı – 04.03.2024

70-dən çox Marsol Group partnyorunun iştirakı ilə fevralın 29-u gerçəkləşən Quba-Xaçmaz turu yekunlaşıb.

“Biznes Tur”un rəsmi hissəsində sahibkarlar “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonu üzrə martın 1-i baş tutan tədbirdə də iştirak ediblər.

Tədbir, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar, və Siyəzən şəhərlərindən iştirak edən bir çox sahibkarla B2B əməkdaşlıq imkanlarına və sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlığın dəyərləndirilməsinə imkan yaradıb.

“Biznes Tur”un sonuncu günü üçün partnyorların asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə yönəlmiş sosial fəaliyyətlər təşkil olunub, tur uğurla başa çatıb.