Qəbələdə fəaliyyət göstərən yerli sahibkarlarla tanışlıq.

Bugün Qəbələ səfərimiz zamanı, “KOBİA”nın təşkilatçılığı ilə Qəbələdə fəaliyyət göstərən sahibkarlarla Sərin Bulaq istirahət mərkəzində görüşümüz baş tutdu. Görüşdə Qəbələ KOB dostunun nümayəndələri də iştirak etmiş və yerli sahibkarlarla partnyorlarımızın tanışlıqları və şirkət təqdimatları baş tutmuşdur. Daha sonra sahibkarlarla birgə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edərək, fəaliyyəti ilə tanış olduq.Mərkəzin direktoru Qalib Nəbiyev fəaliyyəti əks etdirən təqdimat etmiş, yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.KOBİA-nın Qəbələ və Oğuz rayonları üzrə nümayəndəsi Ruslan Qarayev və digər sahibkarlar ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Tədbirin yekununda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin infrasturukturu ilə tanışlıq olub.