30 mart MARSOL partnyorlarının iştirakı ilə daha bir “Partners & Business Night” tədbiri “Arion Hotel”də baş tutub. Bu dəfəki görüşdə də məqsədimiz hər zaman olduğu kimi yeni tanışlıqların və biznes əlaqələrinin qurulmasına töhvə vermək olub.
“Partners & Business Night” tədbirində ilk öncə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev çıxış edib və iştirak edən hər kəsi salamlayıb, gələcək dövr üçün fəaliyyətlərində uğurlar arzu edib.
70-ə yaxın partnyor şirkətin iştirakı ilə baş tutan görüşdə 2021-2022 sponsorlarının çıxışları gecəyə xüsusi maraq qatıb. Belə ki, sponsor olan şirkət rəhbərləri çıxışın sonunda püşk atma yolu ilə müəyyənləşdirilən şirkətlərə hədiyyələr təqdim edib.
İlk öncə “Sabiroğlu” şirkətinin direktoru Elnur bəy çıxış üçün dəvət olunub. Elnur bəy “MARSOL MMC” ilə əməkdaşlığın faydalarından və ətraflarında toplanan sahibkar kütləsindən danışıb. Sonda isə 1 partnyorumuza “Opet maşın yağı” hədiyyə edib.
Daha sonra “Kapital Bank” KOS departamenti Partnyorlarla iş şöbəsinin rəhbəri Vüsal bəy çıxış üçün dəvət olunub. Vüsal bəy hədiyyə olunan “Birkart miles”kartı haqqında məlumat verib və 5 partnyorumuza hədiyyələri təqdim edib.
Görüşdə sponsorlarımızdan olan “Grow Audit and Consulting” şirkətinin rəhbəri Orxan bəyə çıxış üçün söz verilib. Orxan bəy çıxışında “MARSOL MMC”nin fəaliyyət istiqamətləri və onlara qazandırdığı dostluqlar haqqında danışıb. Sonda isə 3 partnyorumuza ödənişsiz “1 İllik vergi məsləhətləri xidməti”ni hədiyyə edib.
Növbəti çıxış üçün söz “BHB Strateji Media Agentliyi”nin rəhbəri Xəyal bəyə verilib. Xəyal bəy fəaliyyət istiqamətlərindən məlumat verib və 1 partnyorumuza ATV kanalı “Xəyalınızdakı ev verlişində 1 aylıq pulsuz reklam” hədiyyə edib.
“Partners & Business Night” tədbirində “Vəlioğlu 2018” şirkətinin rəhbəri Zaur bəy də çıxış edib. Zaur bəy “Vəlioğlu 2018” şirkətinin idxal etdiyi məhsullar haqqında geniş məlumat verib və 5 partnyorumuza məhsullarından hədiyyə edib.
“Caspian Energy Group” şirkətinin rəhbəri Natiq bəy də çıxışı zamanı fəaliyyət istiqamətlərindən məlumat verib, MARSOL partnyorları ilə iş birliklərindən danışıb. Sonda isə 3 partnyorumuza “Məhsulların alışı zamanı 5% endirim” hədiyyə edib.
Növbəti çıxış üçün söz “Texnogallery” şirkətinin direktoru Akim bəyə verilib. Akim bəy şirkət və məhsulları haqqında məlumat verərək, 1 partnyorumuza ofisdə istifadə üçün “mouse, mousepad, qulaqlıq” dəstini hədiyyə edib.
Tədbirdə iştirak edən növbəti sponsorumuz “AzEstetik” şirkətinin rəhbəri Fariz bəy çıxış üçün dəvət olunub. Fariz bəy 1 partnyorumuza “AzEstetik” şirkətində satışda olan aparatların kiçikölçülü portativi olan “G5 masaj aparatı” hədiyyə edib.
Sonda isə “Saloni Mebel” şirkətinin rəhbəri Elməddin bəy çıxış üçün dəvət olunub. Elməddin bəy də öz növbəsində şirkət haqqında məlumat bildirib və 1partnyorumuza “Jurnalni masa” hədiyyə edib.
Ən sonda “Partners & Business Night” tədbirində partnyorlarımız “Concept Catering” şirkəti tərəfindən xüsusi olaraq hazırlanan tort və ləziz təamlardan dadaraq, çay süfrəsi ətrafında səmimi danışıqlar aparıblar. Tədbirin sonunda partnyorlarımız xatirə şəkli çəkdiriblər.