Onlayn görüşlərimiz davam edir. Bugün də növbəti vebinarımız baş tutdu. Bu dəfəki vebinarımızın təqdimatı, partnyorumuz “BSC Group” şirkətinə aid oldu. Şirkətin rəhbəri İkram bəy gördükləri işlər və xidmətləri barədə ətraflı məlumat verdi. Öz növbəsində görüşə qoşulan partnyorlarımız da, bir-birləri ilə tanış oldular və şirkətləri haqqında qısa məlumat verdilər. Bununla yanaşı görüşdə maraqlı müzakirələr da baş tutdu. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

20 ildən çoxdur ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “Business Service Centre” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də kompleks şəkildə xidmət göstərir.
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinə onların biznesi üzrə göstərdiyi konsaltinq xidməti sayəsində, bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində, məmnun müştərilərin tövsiyəsi ilə “BSC Group” daha çoxi yeni müştərilər və onların etibarını da qazana bilmişdir. Hal-hazırda, təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.

Görüş iştirakçıları:

BSC Group
PM Akademiya
Sirab
Unolab
Ağabest Group
EKO Monitorinq