Bugünkü vebinarımız partnyorumuz “Vibrostone” şirkərtinin təqdimatı ilə baş tutdu. Şirkətin rəhbəri Nüsrət bəy onlayn görüşdə şirkət fəaliyyəti haqqında ətraflı məlumat verdi. Görüşə qoşulan partnyorlarımızda öz işləri haqqında məlumat verdilər və bir-birləri ilə yaxından tanış oldular. Görüşə qoşulan hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

VİBROSTONE  zavodu Almaniyanın HESS şirkətinin layihəsi əsasında 2015-ci  ildə təhvil verilərək fəaliyyətə başlamışdır.İnnovasiyamız olan ”Colormix” texnologiyasıdaşların üzərinə xüsusi rəng çalarları vasitəsilə təbii daş,süxur və s. imitasiyaları yarada bilir.Məhsullarımıza 4,6 və 8 sm qalınlıqlı döşəmə daşları və bordyurlar daxildir.