Bugün də partnyorumuz olan sahibkarlarla onlayn görüşümüz baş tutdu.

Görüşlərin əsas məqsədi biznes əlaqələrinin möhkəmlənməsi və partnyorlarımızın bir-birlərini daha yaxından tanımasıdır. Mütəmadi olaraq baş tutan vebinarlarda tanışlıq və təqdimatla yanaşı müxtəlif mövzulara da toxunulur.

Bugünkü onlayn görüşdə də tanışlıqlar və təqdimat baş tutdu, iştirak edən partnyorlarımız öz işlərini və xidmətlərini təqdim etdi və bu tip vebinarların faydalı olduğunu vurğuladı. Bugün baş tutan vebinarın əsas təqdimatı AzEstetik Groupa məxsus oldu, şirkətin rəhbəri Fariz bəy öz məhsul və xidmətlərini təqdim etdi. İştirak edən partnyorlarımıza təşəkkür edir işlərində uğurlar arzu edirik!

12 ilə yaxindir ki, AzEstetik Group şirkəti stomatoloji və kosmetoloji sahələrdə beynəlxalq aləmdə tanınmış 45-dən çox şirkətlə əməkdaşliq edərək, yerli bazara keyfiyyətli avadanlıq və materiallarla yanaşı, etibarlı servis də təqdim edir. Şirkətimizin mağazasında, ən son texniki tələbatlara cavab verə biləcək stomatoloji və kosmetoloji aparat, avadanlıq və təchizatlar təklif olunur. Ən güclü texniki servis yalnız bizdədir .

Görüş iştirakçıları:

KİRS İnşaat Firması
Life Guard
Azestetik Group
Nulu Parfume Lab
Best Tech
Generic
Express Services and Logistics
Qmeter
Enerji – N
Qaranti Finans
Master Cleaning
Cahan Company