Azərbaycan və Özbəkistanda fəaliyyət göstərən iş adamları arasında növbəti dəfə onlayn görüş baş tutub.

Yanvarın 30-u Azərbaycan və Özbəkistanda fəaliyyət göstərən 20-ə yaxın sahibkarla keçirilən onlayn görüşdə, biznesə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ölkələrarası əlaqələri möhkəmləndirəcək və biznes əlaqələrini genişləndirəcək müzakirələr aparılıb, Özbəkistan bazarına çıxışla əlaqədar strateji yanaşmalar və təqdimatlar baş tutub, sahibkarların təklifləri dinlənilib.

Görüşlərimiz müxtəlif ölkələr arasında əməkdaşlıq imkanlarını genişləndirir və biznes dünyasında yeni əlaqələr qurmağa şərait yaradır. İnanırıq ki, Özbəkistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.

This will close in 0 seconds