Yanvarın 22-si Marsol Group və Marsol Region partnyorları onlayn görüş çərçivəsində bir araya gəlib.
B2B formatda dialoqlar və müzakirələrlə davam edən görüşdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və Xüsüsi Zonalar üzrə kordinatorluğunun KOB Dostu Natiq Zəribi-Müqəddəm iştirak edib, agentliyin fəaliyyətləri və sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər haqqında məlumat verib.
Həmçinin, sahibkarlar Marsol Group-un gələcək fəaliyyətləri, regionlarımızda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşlər və yeni layihələr barədə fikirlərini səsləndiriblər.