Martın 13-ü Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub.
B2B mühitdə tanışlıqla davam edən görüşdə “One Amz” şirkətinin mütəxəssisi İlimdar Abdalov, “Seller Sprite”ın qlobal təmsilçisi Yalçın Bayramov və partnyorlarımız “Amazon” üzərindən satış imkanları və bu qlobal platformada uğurlu strategiyalar formalaşdırması məsələlərini müzakirə ediblər.
Həmçinin, “Seller Sprite” proqramından istifadə edərək bazar araşdırması, məhsul analizi və trend məhsulların tapılması metodları müzakirə edilib.
