Yanvarın 8-i Marsol Region və Marsol Group partnyorları arasında birgə biznes əlaqələrini genişləndirmək məqsədilə onlayn görüş baş tutub.
B2B mühitdə tanışlıqla davam edən görüşə dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Həmçinin, Kapital Bankın kiçik və orta sahibkarlarla iş departamentinin alternativ satış kanalları şöbəsinin baş mütəxəssisi Şahəddin Nəcəfov görüşə qatılaraq sahibkarlara dəstək məqsədi daşıyan əlverişli şərtlər və kredit imkanları haqqında məlumat verib, iştirakçılarla müzakirələr aparılıb.