Onlayn görüşlərimiz davam edir.Noyabrın 5-də Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş baş tutub.
B2B mühitdə tanışlıqla davam edən görüşdə iştirakçılar bir-biriləri ilə tanış olub, öz fəaliyyət sahələri, təcrübələri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər.
Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Həmçinin, sahibkarlar Marsol Group-un gələcək fəaliyyətləri, regionlarımızda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşlər və yeni layihələr barədə fikirlərini səsləndiriblər.
Belə görüşlər region və paytaxt sahibkarları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.


