Ofis Ziyarəti “Texno Gallery” – 23.04.2024

Partnyorlarımızla aprelin 23-ü kompüter, və kompüter avadanlıqlarının satışını həyata keçirən 2024-2025 Marsol Group sponsoru “Texno Gallery”də bir araya gəldik.

Məqsədəuyğun olaraq sahibkarlarımız arasında əməkdaşlıq istiqamətləri müzakirə olundu, şirkətin fəaliyyəti ilə bağlı təqdimat baş tutdu. “Texno Gallery”nin direktoru Murad Adışirinli şirkətin fəaliyyət istiqamətləri və məhsulları haqqında sahibkarları məlumatlandırdı.

Sonda sahibkarlar şourumda məhsullarla yaxından tanış olmaq imkanı əldə etdilər.

Nəzərinizə çatdıraq ki, “Texno Gallery” kompüter, kompüter komponentləri və ofis avadanlığı satışında ixtisaslaşmış mağazadır. Mağazalarda dünyanın aparıcı istehsalçılarından geniş çeşiddə müxtəlif keyfiyyətli məhsullar və avadanlıqlar – kompüter avadanlığı, ehtiyat hissələri, noutbuklar, ultrabuklar, kompüter və ofis avadanlıqları, kompyuter ehtiyat hissələri serverlər və şəbəkə avadanlığı sərfəli qiymətlərlə təklif olunur.

İştirak edən şirkətlər:

Rəmzioğlu
More Agency
İnmotion Trading
İdeal Print
189 Taxi
Zamex
Capital Construction
Grow Guide Development Cetre
Unity Technologies
TWC Group