Ofis Ziyarəti “Techmaster” – 17.01.2023

Bugün partnyorumuz “Techmaster” şirkətinin ofisində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız özlərini təqdim edərək bir-birlərilə tanış oldu. Daha sonra şirkətin təsisçisi Ceyhun Rəsulov fəaliyyətləri və xidmətləri haqqında bizlərə ətraflı məlumat verdi və bu sahədə olan yeniliklərdən danışdı. Başda Ceyhun bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

2016-cı ildən fəaliyyətə başlayan “Techmaster” MMC-nin əsas fəaliyyət sahəsi müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərinin həyata keçirilməsi, elektron mühəndis avadanlıqlarının təchizatı və mütəmadi texniki qulluğundan ibarətdir. Fəaliyyət dövrü ərzində şirkət, şəhər nəqliyyatı infrastukturu üzrə xüsusən ixtisaslaşmış və Bakı şəhəri üzrə bir neçə iri layihəni uğurla tamamlamışdır. Ayrıca “Techmaster” MMC 2020 ci ildə yerli bazarda yenilik olan dekorativ yaşıl hasarların istehsalına başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.