Ofis Ziyarəti “Shane English School” – 30.06.2022

Netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis ziyarətimiz”, “Shane English School”da baş tutdu. “Shane English School”un rəhbəri Jalə xanım fəaliyyətləri və həyata keçirdikləri layihələr haqqında partnyorlarımıza məlumat verdi. Daha sonra görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.

Bu gün baş tutan “Ofis ziyarətində” Jalə xanım qeyd etdi ki, Azərbaycandan olan bir qrup yığma gəncimiz “Best diplomats” debat yarışının proqramına uyğun olaraq hazırlanmış BMT-nin layihəsi olan “Best diplomats” konfransına qatılmışdır və həmin konfransdan olan görüntüləri partnyorlarımıza təqdim etdi.

Sonda isə Jalə xanım çay süfrəsi ətrafında partnyorlarımızı maraqlandıran sualları cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Humel
Avtotəmir.az
Voice Agency
Bestcomp
Qanun mühasibatlıq
Lucky office
Kartpak
Sona cake
Kirpi tekstil
Brandex
Köynəkçi
Proglass
Destec Group