Ofis Ziyarəti “Sarp Systems” – 05.08.2021

Marsol komandası olaraq bugün partnyorlarla birgə  “SARP SYSTEMS” ofisini ziyarət etdik.

Əvvəl partnyorlar şirkətlə tanış oldu, daha sonra şirkətin rəhbəri Fazil bəy fəaliyyətlər və xidmətlər haqqında məlumat verdi.

Görüşdə ticarət avadanlıqlarının satışı və servisi haqqında müzakirələr olundu, eyni zamanda tərəfdaşlar anbar, məhsul, sənəd monitorinqi əməliyyatlarının avtomatlaşdırılması haqqında mövzulara da geniş zaman ayırdılar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Vəlioğlu 2018

Efor

Texno Gallery

Xalq Həyat

Kapital Bank

N-Advert

İceberg su

Outside

Sabiroğlu