Ofis Ziyarəti “Sabiroğlu” – 31.08.2021

Bu gün tərəfdaşlarımızla birgə Marsol sponsorlarından biri olan Sabiroğlu şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri gələn iştirakçılara şirkətin fəaliyyətləri, missiya və vizyonlarından söhbət açdı. Qeyd edək ki, Sabiroğlu MMC Türkiyənin Koç Holding-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Devon, Star VOLT, Carville, Airline, Luzar, Ryazanskiy Akkumulyativniy zavod və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.İştirakçılar şirkətlə bağlı öz suallarını şirkət rəhbərinə yönləndirdi. Eyni zamanda partnyorlar ilə ölkənin daxili bazarında müxtəlif növ iş texnikaları və yük avtomobillərinin original ehtiyat hissələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışının təşkili ilə bağlı maraqlı fikir mübadilələri oldu.


İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Katsan Group
Avtolux Azərbaycan
Shams Group
Marsol MMC
Tuna Company
Sabiroğlu MMC
MobOil
Sabiroğlu MMC