Ofis ziyarəti “Saat Store” – 03.12.2025

3 dekabr tarixində Marsol Group partnyorları ofis ziyarətli çərçivəsində “Saatstore.az”da qonaq olub.

Ziyarətdən öncə partnyorlar “Zəncəfil” restoranında çay süfrəsi ətrafında bir araya gələrək, şirkətlərin fəaliyyət sahələri, xidmətləri və əməkdaşlıq imkanları haqqında ilkin tanışlıq və müzakirələr aparıblar.

Həmçinin görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra “Saat Store”un şourumuna keçid edilib. Şirkətin təsisçisi Hüseyn Hümbətov “Saat Store”un tarixi, konsepti və təqdim etdiyi məhsullar barədə ətraflı təqdimat edib. O, həmçinin brendin inkişaf strategiyası və müştərilərə təqdim olunan unikal saat kolleksiyaları haqqında məlumat verib.

Sonda partnyorlar “Saat Store”un şourumu ilə yaxından tanış olaraq təqdim olunan eksklüziv modelləri incələmə imkanı əldə ediblər.

This will close in 0 seconds