Ofis Ziyarəti “Polymart” – 11.10.2021

Bu gün partnyorlarımızla birlikdə “Polymart” şirkətində qonaq olduq. İştirak edən şirkət rəhbərləri bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Rəşad bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi və təqdimat etdi. Şirkətin əsas fəaliyyət sahəsi “P-Plast” markalı plastik boruların və boru birləşmələrinin Azərbaycanda istehsalı, ölkə daxilində və ölkə xaricində (Gürcüstan, Rusiya və Qazaxıstan) su, qaz sistemlərinin quraşdırılması üçün lazım olan materialların, kanalizasiya sistemlərinin satışını təşkil etməkdir.

Görüşdə tanışlıq və təqdimatla yanaşı idxal və ixracla bağlı da müzakirələr edildi. Sonda isə partnyorlarla birgə ofisi gəzərək istehsal etdikləri bəzi məhsul nümunələrinə baxdıq.

Başda Rəşad bəy olmaqla İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

KİRS Construction
Garanti Group
Əhmədoğlu İnşaat
Grow Audit
Kapital Bank
Marsol MMC
Fire Universal Group
Polymart MMC