Ofis Ziyarəti “PAŞA Sığorta” – 31.07.2025

31 iyul tarixində Marsol Group partnyorları “PAŞA Holdinq”ə daxil olan “PAŞA Sığorta” şirkətinin ofisində qonaq olub.

Görüş zamanı sahibkarlar şirkətin fəaliyyətləri, tətbiq edilən yenilikçi həllər və xidmətlər haqqında məlumatlanmaq imkanı əldə ediblər.

“Paşa Sığorta”nın Korporativ  satış departamentinin rəhbəri Lamia Topçiyeva, korporativ sığorta sektorunun rəhbəri Vadim Məmmədov, həmçinin “PAŞA Sığorta” şirkətinin Korporativ Biznes Sahəsinin rəhbəri Azər Dadaşov şirkətin fəaliyyətləri haqqında təqdimat ediblər, iştirakçıların sualları cavablandırılıblar.

Ziyarətin davamında “PAŞA Sığorta” şirkətinin ofis ilə tanışlıq olub.

Nəzərinizə çatdıraq ki, 2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

This will close in 0 seconds