Ofis Ziyarəti “Novator HRC” – 05.10.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Novator HRC” şirkətində baş tutdu. Partnyorlar həm, “Novator HRC” şirkətinin fəaliyyəti haqqında məlumatlandı həm də, biznesə dair bəzi mövzular haqqında müzakirələr etdilər. Şirkətin rəhbəri Rəşad bəy fəaliyyətləri və idxal etdikləri məhsullar haqqında geniş məlumat verdi. Sonda isə, partnyorlarımızla birgə şourumu gəzərək məhsullara yaxından baxış keçirmək imkanımız oldu.

Novator HRC” şirkəti, HORECA sektorunda peşəkar təmizlik sahəsi üçün istehsal olunmuş və müxtəlif laboratoriyalarda sınanmış kimyəvi yuyucu və dezinfeksiyaedici vasitələr, təmizlik avadanlıqları və maşınları, digər təmizlik məhsullarının təchizatını həyata keçirir.

Başda Rəşad bəy olmaqla İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Grow Audit
Rich Group
Lunchef Catering
Novator MMC
Abşeron Logistika Mərkəzi
Marsol MMC
Sona Cake House