Ofis Ziyarəti “N-Advert” – 26.08.2025

Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları avqustun 26-da “N-Advert” şirkətində qonaq olub.

Görüş çərçivəsində şirkətin təsisçisi Namiq Nəbiyev “N-Advert”in fəaliyyətləri haqqında məlumat verib. Təqdimat zamanı müxtəlif rəng və yaradıcı elementlərlə hazırlanmış reklam məhsulları haqqında ətraflı məlumat verilib, həmçinin bu sahədə əldə olunmuş təcrübələr və innovativ yanaşmalar müzakirə edilib. Bununla yanaşı, istehsalat sahəsi ziyarət olunub.

Marsol Group partnyoru “N-Advert” şirkəti əsasən çöl reklamı olaraq paslanmaz poladdan hazırlanmış qabarıq hərflərin istənilən dizayna uyğun quraşdırılması, pilonlar, avtomobillərin yazılar və ya rəsmlərlə vinillənməsi, sərgi stendlərinin quraşdırılması, qapı lövhələri və bu kimi reklam məhsullarının istehsalı ilə məşğuldur.

İştirak edən şirkətlər:

Sahara Electronics
Nar Mobile
Başkent
New life systems
Stone house
NS Studio
SR Broker
Az shipping
Profdez
N-Advert

This will close in 0 seconds