Ofis Ziyarəti – Moon Group

16 iyul tarixində partnyorumuz “Moon Group”un ofisini ziyarət etdik. Görüşdə xarici ölkələrdəki Azərbaycanlı iş adamları ilə münasibətlərin qurulması mövzusunda müzakirələr oldu.
Sonda isə, şirkətin rəhbəri Ruslan bəyə, partnyorumuz Foto Xalça şirkəti tərəfindən hazırlanmış ipək tərkibli xalçanı təqdim etdik.

“Moon Group” 2008-ci ildə təsis edilmişdir və regionda genişmiqyaslı xidmətlərini təklif edən aparıcı şirkətlərdən biridir. “Moon Group” komandası ixtisaslaşmış peşəkar işçi heyətindən ibarətdir. İstehsal etdiyimiz məhsulların dizaynlarının hər zövqə uyğun olaraq tərtib olunmasını təmin edirik. Məhsulların operativ və yüksək keyfiyyətlə hazırlanması üçün şirkətimiz Avropanın son texnologiyalarla təchiz olunmuş müasir avadanlıqları ilə təmin edilmişdir.
Regionun müxtəlif təşkilatlarının korporativ tərzinin yaradılmasında, onların xidmətlərinin və məhsullarının tanıtımında şirkətimizin fəaliyyətinin böyük rolu olmuşdur. Bir çox tədbirlərin, konfransların, sərgilərin, açılışların təşkil olunması, lazımi poliqrafiya, promo və reklam məhsulları ilə yüksək səviyyədə təmin olunmasında “Moon Group” şirkətinin xüsusi əməyi keçmişdir.
“Moon Group” şirkəti bu və digər xidmətləri müştərilərinə təqdim edərək onların öz vaxtına və vəsaitinə qənaət etməsinə də kömək olur. Şirkət olaraq ən əsas məqsədimiz, regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, bu yolda bütün zəruri enerji və əmək sərf edərək ən çox tərcih edilən şirkətə çevrilməkdir.