Ofis ziyarəti “Moon Group” – 24.01.2023

Bu gün partnyorlarımızla birlikdə korporativ tərzi ilə xidmətlərin və məhsulların tanıtımında fərqli iz qoyan “Moon Group” şirkətinin qonağı olduq. Əvvəlcə görüşdə iştirak edən sahibkarlar arasında tanışlıq oldu. Daha sonra “Moon Group”-un təsisçi direktoru Ruslan Quliyev şirkət haqqında məlumat verdi. Əsas məqsədlərinin regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, ən çox tərcih edilən şirkətə çevrilmək olduğunu qeyd etdi.

Ən sonda isə Ruslan bəy görüşdə iştirak edən hər kəsə promo məsullarından ibarət hədiyyələri təqdim etdi və bütün partnyorlarımıza xüsusi endirimlərinin şamil olduğunu vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

BSC Group

Zəhra Clinic

ADRA

BMY Caspian

Mobil Group

Kovrolin.az

Rəmzioğlu

Paxlava

ThinkWise Business Consulting

Şəms Tərcümə

Şərəf Media

Luxury Estate

Engitech