Avqustun 19-da partnyorlarımızla birlikdə korporativ tərzi ilə xidmətlərin və məhsulların tanıtımında fərqli iz qoyan, 2025-ci il üzrə Marsol Group sponsoru “Moon Group” şirkətini ziyarət etdik.
Görüşdə çay süfrəsi ətrafında iştirakçılar arasında tanışlıq olub, biznesə dair maraqlı müzakirələr aparılıb. Daha sonra “Moon Group”un təsisçisi və direktoru Ruslan Quliyev şirkətin məhsullarını tanıdıb, istehsalat sahəsi ziyarət olunaraq məhsulların istehsal prosesi ilə yaxından tanışlıq olub.
Görüş mətbəə, promo və reklam məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlarla yeni iş imkanları və əməkdaşlıq perspektivləri haqqında məlumatlar təqdim edib, qarşılıqlı biznes əlaqələri üçün imkan yaradıb.
