Ofis Ziyarəti “Moon Group” – 15.07.2025

İyulun 15-də 2025-ci il üzrə Marsol Group sponsoru olan “Moon Group” şirkətini ziyarət etdik. Görüş çərçivəsində sahibkarlar mətbəə, promo və reklam məhsulları sahəsində ixtisaslaşmış “Moon Group” haqqında ətraflı məlumat əldə etdilər.

Şirkətin təsisçisi və direktoru Ruslan Quliyev sahibkarlara “Moon Group”un məhsulları haqqında məlumat verdi, şourumda şirkətin istehsal etdiyi məhsullarla əyani şəkildə tanışlıq oldu, istehsalat sahəsi ziyarət edildi.

Görüşdə mətbəə, promo və reklam məhsulları sahəsində fəaliyyət göstərən şirkətlərlə yeni iş imkanları və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparıldı.